"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandasını liderliyə yüksəldən qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, Kloppun İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində "Brayton"a qarşı keçiridkləri matçdan (2:1) sonra dediklərini BBC belə çatdırıb:
"Mənə qalsa, 4-5 top fərqi ilə qələbə istəyərdim. Amma bu, bizim Roberto De Dzerbinin "Brayton"una qarşı ən yaxşı oyunumuz idi. Ağıllı oynadıq, ağılla müdafiə olunduq. Hə, oyun çətin alındı, amma "Brayton"la elə görüşlərimiz olub ki, keyfiyyət baxımından onlara yaxın da gələ bilməmişik. Bu dəfə təmkinli göründük.
"Brayton"un səviyyəsi inanılmazdır. Onlara çox böyük hörmətim var. Belə səviyyəli rəqibi məğlub etmək bizim nə qədər yaxşı olduğumuza sübutdur. Rəqib sona yaxın gözlənilmədən risk etməyə başladı, qol epizodları yaratdı. Bizim futbolçularımız isə bir qədər yorulmuşdular... Layiqli qələbə qazandıq. İstədiyimiz də bu idi".
Qeyd edək ki, İPL-in turnir cədvəlinə başçılıq edən “Liverpul”un 67 xalı var. İkinci pillədəki "Arsenal" 65, "Mançester Siti" 64 xala malikdir.
Nihat