"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 31-ci turunda "Çelsi"dən aldığı məğlubiyyətdən danışıb.
Fanat.Az xəbər verir ki, "Chelsea News" onun dediklərini belə çatdırıb:
"Bu, basketbol matçını xatırladırdı: yuxarı və aşağı, siz hücum edirsiniz, onlar hücum edir. Hər iki komanda üçün həyəcanlı idi. Toz çökəndən sonra “Çelsi” və “Mançester Yunayted” özlərinə nəzər salmalıdırlar. Bu il Avropanın ən yaxşı beş liqasında "Mançester Yunayted" qədər rəqiblərinə zərbə vurmaq imkanı verən komanda yoxdur".
Qeyd edək ki, 30 oyuna 48 xal toplayan Mançester təmsilçisi İPL-in turnir cədvəlində 6-cı, 29 görüşə 43 xal yığan "Çelsi" isə 10-cu pillədə mövqe tutub.
Nihat