"Bu amil Belçika ilə matçda bizim üçün üstünlük sayıla bilər" - Rauf Əliyev

"Bu amil Belçika ilə matçda bizim üçün üstünlük sayıla bilər" - Rauf Əliyev

Futbol üzrə Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində son oyununu keçirəcək. Canni de Byazinin çalışdırdığı kollektiv səfərdə  Belçika ilə üz-üzə gələcək. 

Yığmanın sabiq hücumçusu Rauf Əliyevlə əlaqə saxlayıb qarşıdakı oyun barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:   "Bu gün millimiz üçün çox çətin olacaq. Son oyunlardakı qələbələrdən sonra yığmada yaxşı əhval-ruhiyyə var. Bu amil Belçika ilə matçda bizim üçün üstünlük sayıla bilər. Oyunçularımız matça yaxşı motivasiya ilə çıxacaqlar. Rəqibin heyətində dünyanın ən yaxşı klublarında oynayan oyunçular çıxış edir. Bu baxmından millinin şansını az görürəm. Amma düşünürəm ki, bərabərlik millimiz üçün çox yaxşı nəticə olar".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər