Brunu Fernandeş "Mançester Yunayted"də yeni rekord reallaşdırdı

Brunu Fernandeş "Mançester Yunayted"də yeni rekord reallaşdırdı

"Mançester Yunayted" Premyer Liqanın 28-ci turunda "Everton"a iki penalti sayəsində (2:0) qalib gəlib. 

Fanat.Az xəbər verir ki, "11 metrə" zərbələrindən birini Markus Reşford, digərini Brunu Fernandes vurub.

"Opta"-nın hesablamasına görə, beləliklə, portuqaliyalı yarımmüdafiəçi bütün yarışlarda "Mançester Yunayted"in heyətində 29-cu qolunu penaltidən vurub. Bu, yeni klub rekordudur.

Fernandesdən əvvəl "nöqtə"dən vurulan qollara görə rekord "qırmızı şeytanlar"ın heyətində 28 dəfə standart vəziyyətdən fərqlənən niderlandlı Ruud van Nistelroya məxsus idi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər