"Brentford" Ayvan Tonini bu qiymətə satır

"Brentford" Ayvan Tonini bu qiymətə satır

İngiltərənin "Brentford" klubu "Arsenal" və "Çelsi"nin transfer etdiyi Ayvan Toniyə qiymət qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.

Məlumata görə, "Brentford" Toninin satışından 115 milyon avro qazanmaq niyyətindədir. Mənbə sözügedən oyunçunun bu ay yox, cari mövsümün sonunda satılacağını vurğulayıb.

Xatırladaq ki, sözügedən oyunçu ötən ilin mayında mərc oyunlarında iştirak etdiyi üçün 8 ay müddətinə futboldan kənarlaşdırılıb. Onun diskvalifikasiya müddəti yanvarın 16-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər