Braziliyaya uduzub istefa verdi

Braziliyaya uduzub istefa verdi

Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi Paulu Bentu istefa verib.

Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Braziliyaya 1:4 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin oyunundan sonra bu addımı atıb.

Portuqaliyalı mütəxəssis görüşdən sonra bunu oyunçulara və federasiyaya bildirdiyini söyləyib: "Qərar sentyabrda qəbul edilmişdi. Futbolçulara etdikləri üçün minnətdar olmalıyam. Onlar bütün güclərini verdilər və mən bu komandanın baş məşqçisi olduğum üçün qürur duydum".

Qeyd edək ki, Paulu Bentu 2018-ci ildən Cənubi Koreya komandasında işləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər