Braziliyaya son 11 vəsiqə

Braziliyaya son 11 vəsiqə
Bu gün DÇ-2014-ün final mərhələsinə vəsiqə uğrunda son oyunlara start veriləcək. Fanat.az xəbər verir ki, 13-20 noyabr tarixlərində dünyada 17 oyun baş tutacaq və mundiala 11 vəsiqənin sahibi müəyyənləşəcək. 
Bu vəsiqələrdən 4-ü Avropa zonasının payına düşür. Seçmə mərhələdə qrup ikincisi olmş 8 komanda noyabrın 15-də ilk, 4 gün sonra cavab matçlarına çıxacaqlar. Bu cütlüklərin 4 qalibi Braziliyaya vəsiqə əldə edəcək.
Daha 5 vəsiqə Afrika zonasının payına düşür. "Qara qitə"də 3-cü seçmə mərhələnin ilk oyunları oktyabrda keçirilib. 16-17-19 nobyarda baş tutacaq cavab matçlarından sonra 5 vəsiqənin taleyinə aydınlıq gələcək.
Qalan iki vəsiqənin sahibi isə qitələrarası play-off oyunlarında müəyyənləşəcək. Bu mərhələdə Asiyadan İordaniya, Cənubi Amerikadan Uruqvay, Şimali Amerikadan Meksika və Okeaniya zonasından Yeni Zelandiya qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvaəl meydan sahibi Braziliya, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsindən ABŞ, Kosta-Rika, Honduras, Asiyadan İran, Cənubi Koreya, Yaponiya, Avstraliya, Cənubi Amerikadan Argentina, Kolumbiya, Çili, Ekvador, Avropadan Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya yığmaları DÇ-2014-ə vəsiqə qazanıb. 
Qitələrarası pley-off oyunları
13 noyabr
İlk oyunlar
19.00 İordaniya - Uruqvay
00.30 Meksika - Yeni Zelandiya
20 noyabr
Cavab oyunları
10.00 Yeni Zelandiya - Meksika
03.00 Uruqvay - İordaniya
Avropa zonası
Pley-off
15 noyabr
İlk oyunlar
23.00 Yunanıstan - Rumıniya
23.45 Portuqaliya - İsveç
23.45 Ukrayna - Fransa
23.45 İslandiya - Xorvatiya
19 noyabr
Cavab oyunları
23.00 Rumıniya - Yunanıstan
23.15 Xorvatiya - İslandiya
23.45 İsveç - Portuqaliya
00.00 Fransa - Ukrayna
Afrika zonası
3-cü seçmə mərhələ
Cavab oyunları
16 noyabr
19.00 Nigeriya - Efiopiya
İlk oyun - 1:2.
23.00 Seneqal - Kot`D-İvuar
İlk oyun - 1:3.
17 noyabr
18.00 Kamerun - Tunis
İlk oyun - 0:0.
19 noyabr
20.00 Misir - Qana
İlk oyun - 1:6.
22.00 Əlcəzair - Burkina Faso
İlk oyun - 2:3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər