Dunqanın qovulmasından sonra Braziliya millisinə rəhbərlik edəcək baş məşqçinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, yığma komandaya "Korintians”ın çalışdırıcısı Tite təyin olunub.
Bunu açıqlamasında Braziliya klubunun prezidenti Roberto de Andrade deyib. Klub rəhbəri bu səbəbdən Titenin "Korintians”dan ayrıldığını qeyd edib.
Qeyd edək ki, 55 yaşlı Tite 2011 və 2015-ci illərdə "Korintians”la Braziliya çempionluğu yaşayıb.
Fanat.az