Braziliyanın məğlubiyyəti intihama səbəb oldu

Braziliyanın məğlubiyyəti intihama səbəb oldu
Dünya çempionatının yarımfinalında keçirilən Braziliya - Almaniya (1:7) qarşılaşması bir uşağın ölümünə səbəb olub. Fanat.az xəbər verir ki, Braziliyanın biabırçı hesabla məğlub olmasını qəbul edə bilməyən nepallı azarkeş özünü asaraq intihar edib.
Nepal polisindən verilən açıqlamada bildirilir ki, 10-cu sinif şagirdi Praqya Tapa sevimli komandasının biabırçı məğlubiyyətindən sonra yaşadığı evin tavanından özünü asıb. 15 yaşlı qızın cəsədi paytaxt Katmandudan 400 km şərqdə yerləşən Bharaul kəndindəki evdə tapılıb. Cəsədi qızın anası tapıb.
Hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər