Braziliyanın ən yaxşısı müəyyənləşdi

Braziliyanın ən yaxşısı müəyyənləşdi
Braziliyada ilin ən yaxşı futbolçusuna verilən "Samba Gold" mükafatının sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda PSJ-nin ulduzu Tiaqo Silva birinci olub.
Onu "Bavariya"nın üzvü Dante izləyib. "Çelsi"dən Oskar üçüncü olub. Dördüncü yeri "Qalatasaray"lı Felipe Melo tutub, ilk "beşliy"i "Çelsi"li David Luis qapayıb.
Qeyd edək ki, sorğunu təşkil edən şirkətin saytının yaydığı məlumatda bildirilir ki, mükafata namizədlər eyni mövsümdə bir komandanın formasını geyinməli və sadəcə Braziliya vətəndaşı olmalıdı. Bu səbəbdən yayda "Barselona"ya keçən Neymar və İspaniya milli komandasını seçən Dieqo Kosta namizədlər arasında yer almayıb.
1. Tiaqo Silva (PSJ, Fransa) - 24.19%
2. Dante (Bavariya, Almaniya) - 14.63%
3. Oskar (Çelsi, İngiltərə) - 8.20%
4. Felipe Melo (Qalatasaray) - 6.77%
5. David Luis (Çelsi, İngiltərə) - 5.29%
6. Filipe Koutinho (Liverpul, İngiltərə) - 4.39%
7. Halk (Zenit, Rusiya) - 4.26%
8. Luis Qustavo (Volfsburq, Almaniya) - 4.16%
9. Ramires (Çelsi, İngiltərə) - 3.66%
10. Fernandinyo (Mançester Siti, İngiltərə) - 3.11%
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər