Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Fanat.az xəbər verir ki, bu gecə mundialın üçüncü yer uğrunda oyunu keçirilib.
Bürünc medallar uğrunda matçda Braziliya və Hollandiya milliləri qarşılaşıb. Braziliyalılar yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzmuş, hollandlar isə yarımfinalda Argentinaya penalti seriyasında yenilmişdi. Bu gecə baş tutan oyunda Braziliya ardıcıl ikinci oyunda böyük hesabla məğlub olub - 0:3. Hesabı 3-cü dəqiqədə Robin van Persi açıb. 17-ci dəqiqədə Daley Blind fərqlənib. Son nöqtni isə əlavə vaxtda Georginio Viynaldum qoyub.
Qeyd edək ki, dünya çempionatının ən titullu komandası Braziliya indiyədək 4 dəfə üçüncü yer uğrunda oyunun iştirakçısı olub. 1938-ci ildə İsveçə, 1978-də İtaliyaya qalib gələrək bürünc medallara sahib çıxan "sambaçılar" 1974-də Polşaya, 2014-də isə Hollandiyaya boyun əyib. Hollandiya isə bundan əvvəl cəmi bir dəfə üçüncülük uğrunda mübarizə aparmışdı. "Narıncılar" 1998-ci ildə Xorvatiyaya yenilərək dördüncü yerlə kifayətlənmişdi. Hollandlar ikinci cəhddə dünyanın üçüncüsü ola bilib.
DÇ-2014
3-cü yer uğrunda oyun
13 iyul
Braziliya - Hollandiya 0:3
Qollar: Robin van Persi, 3. Daley Blind, 17. Georginio Viynaldum, 90+1.
Braziliya: Julio Sezar, Tyaqo Silva, David Luiz, Maksell Andrade, Maykon, Paulinyo (Hernanes, 57), Oskar, Ramires (Halk, 73), Luiz Qustavo (Fernandinyo, 46), Villian, Jo.
Ehtiyat oyunçular: Cefferson, Viktor Baqi, Dani Alveş, Marselo, Dante, Henrike, Fred, Bernard Duarte.
Baş məşqçi: Luis Felipe Skolari.
Hollandiya: Casper Killessen (Mişel Vorm, 90+3), Ron Vlaar, Stefan de Vrij, Bruno Martins İndi, Daley Blind (Daril Canmaat, 70), Conatan de Quzman, Aryen Robben, Yordi Klasi, Georginio Viynaldum, Robin van Persi, Dirk Kuyt.
Ehtiyat oyunçular: Tim Krul, Paul Verhaeq, Coel Veltman, Terence Konqolo, Jeremain Lens, Klaas-Jan Huntelaar, Mempis Depay.
Baş məşqçi: Luis van Qaal.
Sarı vərəqələr: Tyaqo Silva, 2. Fernandinyo, 54. Oskar, 69 - Aryen Robben, 9. Conatan de Quzman, 36.
Hakimlər: Camal Haimudi, Abdelhalk Etçiali (Əlcəzair), Redouane Açik (Mərakeş), Yuiçi Nişimura (Yaponiya).
Braziliya. "Estadio Nasional" stadionu.
Fanat.az