Braziliyalılar Ukrayna klubunun 2 milyonluq təklifini rədd etdi

Braziliyalılar Ukrayna klubunun 2 milyonluq təklifini rədd etdi

Braziliyanın "Vasko da Qama" klubu 18 yaşlı sol yarımmüdafiəçisi Eqinaldo ilə bağlı Donetsk "Şaxtyor"unun təklifini rədd edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Globoesporte" yayıb.

Xəbərə görə, ukraynalılar gənc futbolçu üçün 2 milyon avro təklif etsə də, bu məbləğ braziliyalıları qane etməyib. "Vasko da Qama" Eqinaldo üçün 6 milyon avro istəyib.

Həmçinin, adı açıqlanmayan Portuqaliya klubunun da keçən həftə braziliyalılara icarə təklifi göndərdiyi, lakin rədd cavabı aldığı bildirilir.

Eqinaldonun "Vasko da Qama" ilə müqaviləsinin müddəti 2027-ci ilin avqustuna qədərdir. Futbolçu bu kluba ötən yay “Artsul”dan 120 min avroya keçib.

Eqinaldo "Vasko da Qama"da 25 oyun keçirib və cəmi 3 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər