Braziliyalı vunderkind Avropa nəhənglərindən hansına qismət olacaq?

Braziliyalı vunderkind Avropa nəhənglərindən hansına qismət olacaq?

"Barselona", "Mançester Yunayted", PSJ, "Mançester Siti" və "Çelsi" kimi Avropa nəhəngləri 16 yaşlı vunderkind uğrunda mübarizəyə aparırlar. 

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu, Braziliyanın "Palmeyras" klubunun vingeri Estevao Villiandır.

Xəbərə görə, Villian özü Kataloniya təmsilçisinə keçmək istəyir. Mənbə "Barselona"nın bu keçidi reallaşdırmaq üçün qarşı tərəfə 60 milyon avro ödəməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Estevao 2025-in aprel ayına - 18 yaşı tamam olana qədər Avropada legioner həyatı yaşaya bilməz.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər