Braziliyalı ulduzun son halını görün - VİDEO

Braziliyalı ulduzun son halını görün - VİDEO

Sosial şəbəkələrdə məşhur braziliyalı hücumçu Adrianın videosu yayılıb. 

Fanat.Az xəbər verir ki, videoda “İnter”in keçmiş hücumçusunun motosikletdə oturaraq pivə içdiyi görünür. 

Son illər Rio-de-Janeyroda yaşayan 40 yaşlı keçmiş ulduz oyunçu peşəkar karyerası ərzində qeyri-idman həyatı və qeyri-sağlam vərdişləri ilə tanınırdı.  

O, bundan əvvəl atasının ölümünə görə depressiya ilə mübarizə apardığını açıqlamışdı: "Məşqdə sərxoş olurdum və tez-tez xəstəxanada ayılırdım. Klubdakı insanlar mediaya əzələ problemlərim olduğunu söyləyirdilər. "İnter" heyrətamiz yaxşı klub idi. Məni sağaltmağa çalışırdılar. Atamı yuxuda görəcəyimdən, kabus yaşayacağımdan qorxduğum üçün yatmaq istəmirdim. Spirtli içkilər və narkotiklər məni oyaq saxlayırdı. Onlar mənim qorxularımdan qurtuluş yolum idi. Mən yolumu azmışdım, yalnız qadınlar və əyləncə düşünürdüm".

Qeyd edək ki, Adriano 2000-2010-cu illərdə Braziliya millisində 48 oyuna çıxaraq 27 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər