İngiltərə öz meydanında Braziliyaya yoldaşlıq görüşündə məğlub olub. Fanat.Az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 1:0 hesabı ilə Braziliya yığmasının xeyrinə başa çatıb. Yeganə qolu gənc hücumçu Endrik vurub. "Opta"-nın məlumatına görə, 17 yaş 246 günlüyündə fərqlənən Endrik "Uembli"də beynəlxalq matçda qol vuran ən gənc oyunçu olub. Qeyd edək ki, Endrik 2024-cü ilin yayından "Real Madrid"də çıxış edəcək.
Mirağa