Braziliyalı oyunçu Səudiyyə Ərəbistanından evə nəhəng baqajla qayıtdı

Braziliyalı oyunçu Səudiyyə Ərəbistanından evə nəhəng baqajla qayıtdı

Braziliyalı futbolçu İqor Koronado Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan vətəninə qayıdıb. 

Fanat.Az "Derbyderbyderby"-ə istinadən xəbər verir ki, o, "Korintians"da çıxış edəcək. 

Koronadonun Səudiyyə Ərəbistanından gedişi həmin gün Ciddə hava limanında olan hər kəsin yaddaşında qalıb - 32 yaşlı yarımmüdafiəçi özü ilə nə az, nə çox 48 (!!!) çemadan götürüb. Onun Səudiyyə Ərəbistanından nə apardığı açıqlanmır. 

Koronadonun "Korintians"la yeni müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər