Braziliyalı müdafiəçi "Şaxtyor"dan canını qurtarmağa çalışır

Braziliyalı müdafiəçi "Şaxtyor"dan canını qurtarmağa çalışır

"Şaxtyor"un müdafiəçisi İsmaili bu yay Donetsk klubundan ayrılacaq.

Fanat.Az "sport.ua"ya istimadən xəbər verir ki, ukraynalılar futbolçuya müqaviləni eyni şərtlərlə yerinə yetirməyə hazır olmadıqlarını bildiriblər.

İsmailinin maaşı Ukrayna futbol bazarının hazırkı reallıqlarına görə son dərəcə yüksəkdir.

Eyni zamanda, İsmaili "Şaxtyor"dan ayrılıb Avropada qalmaq istəyir. Belə bir fürsət olsa, donetsklilər braziliyalını dərhal 2-3 milyon avroya satacaq.

İsmailinin Braziliyaya qayıtmaq ehtimalı da yüksək dəyərləndirilir. O, Donetsk klubuna satışından müəyyən vəsait ödəyərək azad agent kimi ayrılmağı düşünür.

Futbolçunun "Şaxtyor"la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər