Braziliyalı müdafiəçi İPL klubunun diqqət mərkəzində

Braziliyalı müdafiəçi İPL klubunun diqqət mərkəzində

“Aston Villa” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosu bu yay transfer etmək fikrindədir.

Fanat.Az xəbər verir ki, bu barədə "The Athletik" nəşri məlumat yayıb. 

"Aston Villa" braziliyalı futbolçunu öz mövqeyində Avropanın ən yaxşı oyunçularından biri hesab edir. Lakin ingilislər Karlosun transferi üçün bir neçə futbolçusunu satmalı olacaq.

Xatırladaq ki, 29 yaşlı müdafiəçi "Sevilya"nın heyətində 85 oyuna çıxıb və 4 qolla yadda qalıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər