Braziliyalı hücumçu vətəninə döndü

Braziliyalı hücumçu vətəninə döndü

“Antalyaspor” hücumçusu Luis Adriano ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb.

35 yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, köhnə-yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.

Adriaono 2022-ci ilin əvvəlindən oynadığı “Antalyaspor”da 38 oyuna 8 qol vurub. O, karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Milan”, “Spartak” (Moskva) və “Palmeyras” kimi klublarda da forma geyinib, Braziliya yığmasında 4 matça çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər