Braziliyalı əfsanədən qeyri-adi vida - FOTO

Braziliyalı əfsanədən qeyri-adi vida - FOTO

Braziliyalı futbol ulduzlarından olan Fred karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, peşəkar səviyyədə təxminən iyirmi il davam edən zəngin karyerasına son qoyan 39 yaşlı forvard ən yaxşı günlərini keçirdiyi "Fluminense"də futbolla vidalaşıb. 

Braziliya A Seriyasında "Ceara" ilə oyuna 70-ci dəqiqədə daxil olan Fred hakimin fitindən sonra əfsanəvi "Marakana"da hər kəslə vidalaşıb. O, bunu bütün sahəni velosiped sürməklə edib. 

Fred velosiped həvəskarıdır. 2020-ci ildə "Kruzeyro"dan "Fluminense"yə qayıdanda o, bunu velosipedlə reallaşdırıb. Bu səbəbdən o, Belo Horizontedəki stadiondan Riodakı "Marakana"ya qədər 600 kilometr məsafədə çarx fırladıb. Belədə o, humanitar aksiya üçün də vəsait toplayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər