Braziliyalı əfsanə təcili xəstəxanaya yerləşdirildi - SON DURUM

Braziliyalı əfsanə təcili xəstəxanaya yerləşdirildi - SON DURUM

Braziliyalı əfsanəvi hücumçu Romarionun səhhəti kəskin pisləşib. 

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, dünya çempionu xəstəxanaya yerləşdirilib.

O, bağırsaq infeksiyası səbəbindən təcili xəstəxanaya aparılıb.

Son məlumata görə, 57 yaşlı veteran futbolçunun vəziyyəti sabit olaraq qiymətləndirilir.

Klub karyerasında "Barselona", "Valensiya", PSV və digər komandaların formasını geyinən braziliyalı DÇ-1994-cü ilin qalibidir. 

Romario hazırda Rio-de-Janeyro əyalətindən Braziliyanın federal senatorudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər