Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov "Neftçi"nin prezidenti olduğu dövrdə komandanın şərəfini qorumuş Flavinyo və Alessandro Viana da Silva ilə görüşüb.
Fanat.Az xəbər verir ki, üçlük Olimpiya Oyunlarının keçirildiyi Braziliyanın Rio-de-Janeyra şəhərində bir araya gəlib.
Onlar "Xəzər Lənkəran"ı da unutmayıb və kamera qarşısında "5" işarəsi göstərərək keçmiş rəqiblərinə mesab göndəriblər.
Qeyd edək ki, 2011-ci ilin 6 noyabrında baş tutan oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 5:0 hesabı ilə yenmişdi. Hər iki futbolçu həmin matçda 90 dəqiqə oynamışdı. Flavinyo iki qol vuraraq qələbənin memarlarından biri olmuşdu.

Fanat.Az