Braziliya milli komandası növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, dünya çempionatının təşkilatçıları Çili ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Oyun "sambaçılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə Halk açıb. 70-ci dəqiqədə Eduardo Varqas bərabərliyi təmin edib. 9 dəqiqə sonra isə Robinyo Braziliyanın qələbə qoluna imza atıb - 2:1.
Amerikada keçirilən daha bir yoldaşlıq oyununda Hondurasla Ekvador qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Hondurasın hər iki qoluna Karlos Kostli imza atıb. Ekvador yığmasından isə Ceyms Ayovi və Enner Lastra fərqlənib.
Fanat.az