Braziliya Futbol Federasiyası ölkədaxili yarışlarda yeni qayda tətbiq edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında federasiyanın prezidenti Ednaldo Rodrigesin açıqlaması paylaşılıb.
Futbol funksioneri Braziliya kubokundan başlayaraq, azarkeşləri irqçi hücumlara yol verən komandaların xallarını silməklə cəzalandıracaqlarını açıqlayıb:
“İrqçiliyə qarşı mübarizə davam edir. Braziliya Futbol Federasiyası üzərinə düşəni edir. Biz cəzalarla bir addım daha irəliləmək qərarına gəldik. Ona görə də indi yarışlarımızdan birində klubdan (azarkeşləri bu qayda pozuntusunu törədən) xal geri ala biləcəyik”.
Racismo será punido com pena esportiva no futebol brasileiro. A CBF é a primeira entidade a incluir, no Regulamento Geral de Competições, a possibilidade de punir esportivamente um clube em caso de racismo com a perda de um ponto. A medida entra em vigor já na Copa do Brasil. pic.twitter.com/A3O0NqlSdD
— CBF Futebol (@CBF_Futebol) February 15, 2023
Mirağa