Braziliyadan 3 qol, Neymardan 2 qol ötürməsi

Braziliyadan 3 qol, Neymardan 2 qol ötürməsi

Futbol üzrə Braziliya millisi Qana ilə yoldaşlıq görüşü keçirib.

Fanat.Az xəbər verir ki, oyun cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün qollar matçın ilk yarısında vurulub. 9-cu dəqiqədə Rafinyadan ötürmə alan PSJ-nin müdafiəçisi Markinyos hesabı açıb. 28-ci dəqiqədə Neymar "Tottenhem"in forvardı Rişarlisona assistentlik edib. "Sambaçılar"ın superulduzu 40-cı dəqiqədə Rişarlisona daha bir məhsuldar ötürmə verib.

Braziliya növbəti sınaq oyununu sentyabrın 27-də keçirəcək. Titenin yetirmələri Parisdə Tunis millisi ilə üz-üzə gələcəklər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər