Braziliyada şok: klub avtobusunda bomba partladı

Braziliyada şok: klub avtobusunda bomba partladı

Braziliyada şok hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, "Bahiya" komandasının avtobusunda bomba partlayıb. Klubun rəsmi "Twitter" səhifəsi bu barədə paylaşım edib.

Futbolçuları Boliviyanın "Sampayo Korre" komandası ilə matça aparan avtobusa naməlum şəxslər tərəfindən yerləşdirilən bomba əldəqayırma olub.

Partlayıcı "Fonte Nova" stadionuna çatan an işə düşüb. Partlayış nəticəsində "Bahiya"nın 3 futbolçusu yaralanıb. Üzündən, boynundan və ayaqlarından xəsarət alan, gecəni xəstəxanada keçirən qapıçı Danilo Fernandesin vəziyyətinin ağır olduğu bildirilir. 

Maraqlıdır ki, partlayışa və üç oyunçusunun xəsarət almasına baxmayaraq, hakim bütün iştirakçılarla razılaşaraq, matçın baş tutmasına icazə verib. "Bahiya" 2:0 hesabı ilə qalib gəldiyi oyunda qələbəni yaralanan komanda yoldaşlarına həsr ediblər.

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər