Braziliyada məşqçi oyundan əvvəl həbs olundu - Qeyri-adi səbəb

Braziliyada məşqçi oyundan əvvəl həbs olundu - Qeyri-adi səbəb

Braziliyanın Maranense əyalətinin çempionatında "Moto Club" komandasının baş məşqçisi Marsinyo Gerreronun başına gülməli vəziyyət gəlib. 

Fanat.Az "Gllobo Esporte"-yə istinadən xəbər verir ki, 45 yaşlı çalışdırıcı "İmperator"la matç başlamazdan əvvəl saxlanılıb. 

Mənbənin məlumatına görə, səbəb alimentin ödənilməməsi olub. Braziliya qanunlarına görə, o, bu səbəbdən altmış günə qədər həbsxanada qala bilər. 

Məşqçisinin yoxluğuna görə ruhdan düşən "Moto Club" oyunda 1:3 hesabı ilə uduzub. Klub rəhbərliyi məşqçini işdən çıxarmağı qərara alıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər