Braziliyada elita klublarıyla bağlı önəmli qərar verildi

Braziliyada elita klublarıyla bağlı önəmli qərar verildi
Braziliya Futbol Federasiyası A Seriyasında klub çalışdıran baş məşqçilərlə bağlı yeni qərar qəbul edib.
 
Fanat.Az xəbər verir ki, yeni mövsümdən etibarən elita klubları bir mövsümdə iki dəfə baş məşqçisini dəyişə bilər.
 
Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bundan başqa, bir məşqçi də eyni mövsüm ərzində cəmi iki komandada çalışa bilər.
 
Baş məşqçi limitini keçən klublar isə mövsümü müvəqqəti məşqçi ilə tamamlamalıdır. Komandaya müvəqqəti rəhbərlik edəcək məşqçi isə klubda azı 6 ay işləmiş biri olmalıdır.
 
Braziliya A Seriyasında yeni mövsüm avqust ayında başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər