“Braziliyada Almaniyadan yaxşısı olmayacaq”

“Braziliyada Almaniyadan yaxşısı olmayacaq”

“Almaniyanın böyük komandası var. Yığma indiyədək heç vaxt belə yüksək səviyyədə olmayıb”. Fanat.az xəbər verir ki,bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

 

 

ABŞ yığmasında müşavir təyin edilən almandünya çempionatının final mərhələsi haqda fikirlərini açıqlayıb. Həm futbolçu, həm də baş məşqçi kimi Bundestimin şərəfini qorumuş Foqts həmyerlilərini mundialın əsas favoriti sayır: “Yığmamızda indiki qədər səviyyəli futbolçunun olması yadıma gəlmir. Bu oyunçular həm texniki, həm taktiki cəhətdən tam hazırlıqlıdır. Üstəlik, heç vaxt komandaya bu qədər qayğı göstərməyiblər. Məncə, Braziliyada Almaniyadan yaxşı komanda olmayacaq”.

 

 

 

Qeyd edək ki, Almaniya millisi sonuncu dəfə 1990-cı ildə dünya çempionu titulunu qazanıb.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər