Futzal üzrə Güclülər dəstəsinin debütantı "Xəzər Aylands" Braziliya yığmasının üzvü ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, "dənizçilər" 29 yaşlı Quino ilə 1 illik müqavilə imzalayıblar.
Vətənində "Flamenqo" və "Amerika"nın şərəfini qorumuş futzalçı 2006-cı ildən Braziliya yığmasının heyətinə cəlb edilir.
O, iki dəfə Rio-De-Janeyro və Minas ştatının çempionu olub.
Fanat.az