Luis Felipe Skolari Braziliya millisinin heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçini heyəti açıqladığı mətbuat konfransını 876 jurnalist izləyib.
Skolari dünya çempionatına qatılmağa namizəd olan heyətə 23 futbolçu daxil edibö Baş məşqçi gözlənilənlərin əksinə olaraq Ronaldinyo, Felipe Melo, Robinyo və Kakaya dəvət göndərməyib.
Qapıçılar: Julio Sezar (Toronto, Kanada), Cefferson (Botafoqo), Viktor (Atletiko Mineyro).
Müdafiəçilər: Dante (Bavariya, Almaniya), David Luiz (Çelsi, İngiltərə), Henrike (Napoli, İtaliya), Tyaqo Silva (PSJ, Fransa), Dani Alvesş (Barselona, İspaniya), Maykon (Roma, İtaliya), Marselo (Real, İspaniya), Maksvell (PSJ, Fransa).
Yarımmüdafiəçilər: Villian, Oskar, Ramires (üçü də "Çelsi", İngiltərə), Fernandinyo (Mançester Siti, İniltərə), Hernanes (İnter, İtaliya), Luiz Qustavo (Volfsburq, Almaniya), Paulinyo (Tottenhem, İngiltərə).
Hücumçular: Bernard (Şaxtyor, Ukrayna), Fred (Fluminense), Halk (Zenit, Rusiya), Jo (Atletiko Mineyro), Neymar (Barselona, İspaniya).
Fanat.az