Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Fanat.az xəbər verir ki, bu gecə mundialın üçüncü yer uğrunda oyunu keçirilib.Bürünc medallar uğrunda matçda Braziliya və Hollandiya milliləri qarşılaşıb. Braziliyalılar yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzmuş, hollandlar isə yarımfinalda Argentinaya penalti seriyasında yenilmişdi. Bu gecə baş tutan oyunda Braziliya ardıcıl ikinci oyunda böyük hesabla məğlub olub - 0:3. Almaniyaya biabırçı məğlub olmağın şokundan çıxa bilməyən meydan sahibləri azarkeşlərini ikinci dəfə kədərə qərq ediblər. Hətta demək olar ki, bu acıları unutmaq üçün 50 il lazım olacaq. Çünki hər zaman evlərində Uruqvaya uduzduqları 1950-ci il dünya çempionatının finalını yada salıb, xatırlayan bir ölkənin azarekşləri çətin ki, 2014-cü ili unuda bilsin.Braziliyanın məğlubiyyətindən sonra fotoqraflar tərəfindən qeydə alınan görüntüləri sizə təqdim edirik.Fanat.az