Braziliya və Rusiya uddu, Fransa uduzdu

Braziliya və Rusiya uddu, Fransa uduzdu
Yığma komandalar arasında növbəti yoхlama oyunları keçirilib. Fanat.az хəbər verir ki, millimizin Serbiyaya 1:4 hesabı ilə uduzduğu gündə rəqibimiz Xorvatiya Cəbəllütariqi darmadağın edib - 4:0.
Braziliya yığması Meksikadan üstün olub - 2:0. "Sambaçılar"ın heyətində Filippe Koutinyo və Xavyer Qumez fərqlənib. 
Fransa Belçikaya 3:4 hesabı ilə uduzub. Fransızların heyətində Matyu Valbuena (penalti), Nabil Fekir və Dimitri Payet fərqlənib. Belçikada isə Marouane Fellaini dubl edib, Radya Naynqqolan və Eden Hazard (penalti) hərəyə bir qol vurub.
Rusiya yığmamı evdə Belarusdan üstün olub - 4:2. Şimal qonşumuzun qollarına Aleksandr Kokorin, Aleksandr Qolovin, Aleksey Mirançuk və Aleksandr Kerjakov imza atıb.
Diego Tardelli
İrlandiya - İngiltərə 0:0
Rusiya - Belarus 4:2
Serbiya - Azərbaycan 4:1
Xorvatiya - Cəbəllütariq 4:0
Fransa - Belçika 3:4
Braziliya - Meksika 2:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər