Braziliya millisinin yeni baş məşqçisi rəsmən açıqlandı

Braziliya millisinin yeni baş məşqçisi rəsmən açıqlandı

Braziliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Sport7.az xəbər verir ki, bubosta Tite təyin edilib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının saytı məlumat yayıb. 55 yaşlı mütəxəssis yeni vəzifədə Dunqanı əvəzləyib.

Dunqa Amerika Kubokunda "pentakampeonlar"ı 1/4 finala çıxara bilmədikdən sonra istefaya göndərilib. Tite isə "Korintians"la 6 dəfə çempionluq sevinci yaşayıb. O, yığmada əsas məqsədlərinin 2018-ci il dünya çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, hazırda Braziliya millisi Cənubi Amerika zonasında keçirilən seçmə mərhələdə 9 oyundan 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb. Amma qarşıda hələ 9 tur var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər