Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü məlumat verib.
Luşemburqu bildirib ki, testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən mütəxəssis rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad olunub. Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.
Qeyd edək ki, Vanderley Luşemburqu 1998-2000-ci illərdə Braziliya millisinə, 2005-2006-cı illərdə "Real"a başçılıq edib.
Fanat.Az