Braziliya millisinin üzvü "Vest Hem"i bu kluba dəyişir

Braziliya millisinin üzvü "Vest Hem"i bu kluba dəyişir

"Vest Hem"in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa karyerasını vətənində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatl şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Paketanın xidmətində "Flamenqo" maraqlıdır. Mənbə klubların hazırda danışıq apardığını və keçidin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.

Daha öncə Paketanın qanunsuz mərc oyunlarında iştirakına görə 10 il müddətinə futboldan uzaqlaşdırıla biləcəyi barədə məlumatlar dərc edilmişdi.

Sözügedən futbolçunun "Vest Hem"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Son mövsümdə London klubunun forması ilə bütün turnirlərdə 37 matça çıxan Lukas 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər