Braziliya millisinin üzvü İngiltərə nəhəngindən ayrılır

Braziliya millisinin üzvü İngiltərə nəhəngindən ayrılır

"Mançester Yunayted"in və Braziliya millisinin müdafiəçisi Aleks Telles klubunu tərk etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Mənbə futbolçu ilə 2-3 klubun maraqlandığını və onlardan birinin İspaniya təmsilçisi "Sevilya" olduğunu vurğulayıb. 

Qeyd edək ki, Tellesin mankunianlarla olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər