Braziliya millisinin sabiq üzvü oyunda həbs olundu - SƏBƏB

Braziliya millisinin sabiq üzvü oyunda həbs olundu - SƏBƏB

Braziliya millisinin keçmiş hücumçusu Jo problemlə üzləşib. 

Fanat.Az xəbər verir ki, o, Braziliya ikinci liqasında çıxış etməli olduğu matç başlamazdan əvvəl həbs edilib. 

Bu barədə "Record" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, səbəb Braziliyada adi hala çevrilən alimentin ödənilməməsi olub. Problem o qədər aktualdır ki, artıq bir müddətdir ölkədə qanunların sərtləşdirilməsinə qərar verilib. Nəticədə belə hallar getdikcə yaşanır. 

Jo komandası ilə matça gələrkən avtobusdan düşürələrək birbaşa aparılıb. Dəvət olunan vəkil onu həbsdən qurtara bilməyib. 

Nəticədə, braziliyalı indiki klubu “Amazonas” sonda 0:3 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər