Braziliya millisinin müdafiəçisi sıradan çıxdı - FOTO

Braziliya millisinin müdafiəçisi sıradan çıxdı - FOTO

Braziliya millisinin və "Mançester Siti”nin müdafiəçisi Danilo sıradan çıxıb.

 

 

Fanat.Az xəbər verir ki, dünən baş tutan Braziliya – Argentina görüşünün (1:0) 53-cü dəqiqəsində arxa xətt oyunçusu meydanı göz yaşları içində tərk edib.

 

Yoxlama oyununda topuğundan zədə alan futbolçunun müəyyən müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiq olsa da, onun məşqlərə başlayacağı dəqiq tarix bilinmir.

 

 

Qeyd edək ki, Danilo məhz topuğundakı zədə üzündən Rusiyada keçirilən son mundialdan kənarda qalmışdı.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər