Braziliya millisinin hücumçusuna Parisdə banan atdılar

Braziliya millisinin hücumçusuna Parisdə banan atdılar

Parisdə keçirilən və cənubi amerikalıların 5:1 hesablı qələbəsi ilə başa çatan Braziliya - Tunis matçında xoşagəlməz olay qeydə alınıb.

Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşmada Braziliya millisinin və "Tottenhem"in hücumçusu Rişarlisona qarşı irqçilik edilib.

Belə ki, qol vurandan sonra günc bayrağına tərəf qaçan Rişarlisona banan atılıb. Həmin vaxt irqçiliyə məruz qalan komanda yoldaşına yaxınlaşan Fred bananı təpiklə kənarlaşdırıb.

Matçın ardından Braziliya Futbol Federasiyası irqçilik hadisəsi ilə bağlı rəsmi bəyanat yayıb və rasizmə qarşı mübarizənin vacibliyini xatırladıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər