Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

"Mançester Siti"nin və Braziliya millisinin qapıçısı Ederson Moraes zədə səbəbindən Amerika Kubokunda oynaya bilməyəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilib ki, 30 yaşlı futbolçunun turnir ərizəsindəki yerini "San-Paulu"dan Rafael Pires tutacaq. 

Ederson mayın 14-də Premyer Liqanın 34-cü turunun "Tottenhem"lə səfər matçında ( 2:0) zədələnib. 

Bu mövsüm braziliyalı qolkiper “Mançester Siti”nin heyətində 43 oyun keçirib, 34 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb. Mayın 19-da Premyer Liqanın cari mövsümünə yekun vurulub və yekunda “şəhərlilər” İngiltərə çempionu olublar. 

2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər