"Bavariya"nın futbolçusu Rafinya Braziliya milli komandasından imtina edib. Fanat.az хəbər verir ki, "sambaçı" yığmanın düşərgəsinə yollanmaq istəməyib.
Braziliya millisinin baş məşqçisi Karlos Dunqa DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Venesuella və Çiliyə qarşı keçirəcəkləri oyunlara 30 futbolçu çağırıb və Rafinyanı da siyahıya salıb. Lakin zədəli futbolçular səbəbindən heyəti qurmaqda çətinlik çəkən baş məşqçi bu seçiminə görə peşman olub.
Rafinya qərarını belə izah edib: "Mən daim yığmaya çağırılan futbolçu deyiləm. Mənimlə eyni mövqedə oynayan futbolçuları nəzərə aldıqda birinci seçim olmadığımı bilirəm".
Bundan sonra Braziliya Futbol Federasiyası rəsmi saytı ilə bir açıqlama yayaraq futbolçuya sərt cavab verib: "Rafinya 11 ildi ki, yaşadığı Almaniyanın vətəndaşlığını almağa çalışır. Onun seçiminə hörmət edirik. Rafinyanın adını siyahıdan silirik. Federasiya olaraq yalnızca özünü milli komandaya həsr edən futbolçuların bu komandaya хeyir verəcəyini düşünürük.
Fanat.az