Dünya çempionatına iki həftə qalmasına baxmayaraq, artıq Avstraliyaya gələn Braziliyanın qadınlardan ibarət millisi ötən gecə Brisben şəhərinə enib.
Fanat.Az xəbər verir ki, cənubi amerikalıların mundiala gəlişi səs-küylü alınıb.
Belə ki, yığma üzvlərini daşıyan təyyarənin üzərində İrana ünvanlanan siyasi mesaj diqqəti çəkib: “Heç bir qadın başını örtməyə məcbur edilməməlidir”.
Mesajda İrandakı etirazlara və 22 yaşlı Məhsa Əmininin baş örtüyünü səhv geyindiyinə görə öldürülməsinə işarə edilir. Beləliklə, etirazları dəstəkləyən cənubi amerikalıların olduğu təyyarə hazırda İranda qadın hüquqlarına qarşı keçirilən etiraz aksiyalarını əks etdirən həm şəkillər, həm də mətnlə dizayn edilib.
Qeyd edək ki, DÇ-2023 iyulun 20-də başlayacaq və bir ay davam edəcək, final isə avqustun 20-də olacaq. Qadınlar arasında keçiriləcək mundial Avstraliya və Yeni Zelandiyada təşkil olunacaq. İlk dəfədir Okeaniyada futbol üzrə dünya çempionatı təşkil olunur.
Mirağa