"Braziliya millisi? Burada həyat sehrlidir" - Ançelotti

"Braziliya millisi? Burada həyat sehrlidir" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə mümkün təyinatla bağlı sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümü "kral klubu"nun "sükanı arxası"nda keçirmək niyyətində olduğunu açıqlayıb.

"İl Giornale" Ançelottinin dediklərini belə çatdırıb: "Braziliya millisi? "Real Madrid"də özümü əla hiss edirəm, prezident Florentino Pereslə də əla münasibətim var. Bu klubda həyat sehrlidir”.

Braziliya Futbol Federasiyası “Real”la müqaviləsi başa çatmaqda olan Ançelottini israrla milliyə dəvət edir. "Pentakampeonlar" Karlonun növbəti dünya çempionatında onların məşqçisi olmasını istəyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər