Braziliya klubu "qalaktikos"a dönür - İlk hədəf 

Braziliya klubu "qalaktikos"a dönür - İlk hədəf 

Qətərin "Əl-Rayyan" klubunda çıxış edən kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını Braziliyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı UOL yayıb. 

Mənbənin məlumatına görə, “Botafoqo” futbolçunu transfer etməyə iddialıdır. 

Səhmlərinin 90 faizi amerikalı iş adamı Con Tekstora məxsus olan klub ulduz futbolçular almağı hədəfləyir ki, onlardan biri də 2021-ci ildən Qətərdə çıxış edən, “Portu”, “Monako”, “Real Madrid”, “Bayern Münhen” və “Everton”un keçmiş oyunçusudur.

Ölkə çempionu "Əl-Rayyan"ın 5 milyon dollarlıq tələblərini təmin etməyə hazırdır. Eyni zamanda, nəşr Xamesin Braziliyaya köçmək istəməməsini əsas maneə adlandırır. O, karyerasını Avropada davam etdirməyə üstünlük verir. Bununla belə, potensial transferlə bağlı danışıqlar davam edir.

30 yaşlı Xames Rodriges Kolumbiya millisinin heyətində 86 oyun keçirib və 24 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər