Braziliya klubu məşhur argentinalı məşqçisini qovdu

Braziliya klubu məşhur argentinalı məşqçisini qovdu

Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Flamenqo” rəhbərliyi uğursuz nəticələrə görə argentinalı mütəxəssislə müqaviləyə xitam verib. Komanda keçirdiyi son 4 oyunda qələbə qazanmayıb və hazırda A Seriyasında 7-ci pillədə qərarlaşıb. 

Ümumiyyətlə, Braziliya klubu Sampaolinin rəhbərliyi altında 39 oyun keçirib və bu görüşlərdə 20 qələbə qazanıb, 11 heç-heçə edib və 8 məğlubiyyət alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər