Dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq iki cütlük müəyyənləşib. Fanat.az xəbər verir ki, bunlar A və B qrupundan bu mərhələyə çıxan komandalardı.
A qrupunun birincisi Braziliya B qrupunun ikincisi Çili ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyun iyunun 28-də Belo Horizontedəki "Estadio Mineyro" stadionunda baş tutacaq.
B qrupunun lideri Hollandiya isə A qrupunda ikinci pilləni tutmuş Meksik ilə qarşılaşacaq. Bu matç iyunun 29-da Fortaleza "Estadio Kastelo" stadionunda oynanılacaq
Fanat.az