Braziliya "DÇ-2018" üçün rekord mükafat ayırdı: 35 milyon dollar

Braziliya "DÇ-2018" üçün rekord mükafat ayırdı: 35 milyon dollar
Braziliya Futbol Federasiyası (CBF) yığmanın Rusiyada keçiriləcək dünya çempionatında qalib gələcəyi təqdirdə futbolçulara veriləcək pul mükafatının məbləğini açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, CBF oyunçuların və məşqçilərin təltif olunması üçün 35 milyon dollarlıq mükafat fondunun nəzərdə tutulduğunu açıqlayıb.
  
Dünya çempionu olacaqları təqdirdə braziliyalı futbolçulara və komandanın məşqçilər heyətinin üzvlərinə adambaşına bir milyon dollar mükafat veriləcək.
Bu, gerçəkləşəcəyi təqdirdə futbol üzrə dünya çempionatlarının tarixində indiyədək nəzərdə tutulan ən yüksək məbləğli mükafat olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər