Braziliya A Seriyasının qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Flamenqo” tarixində 7-ci çempionluğuna qovuşub.
Mövsümün qalibi 34-cü turda "Palmeyras”ın "Qremio”ya 1:2 hesablı yenilgisindən sonra bilinib. Çempionatın başa çatmasına 4 tur qalmış 81 xalla zirvədə qərarlaşan "Flamenqo” ən yaxın izləyicisi "Palmeyras” üçün əlçatmaz olub. "Flamenqo” bir neçə gün əvvəl Libertadores Kubokunu da qazanıb.
Fanat.Az