Braziliya çempion oldu

Braziliya çempion oldu

Konfederasiyalar kubokuna yekun vurulub. Öncə üçüncü yer uğrunda oyun keçirilib. Bürünc medallar uğrunda görüşdə Uruqvay və İtaliya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda növbəti qol olmayınca, qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan italyanlar bürünc medallara sahib çıxıblar.

Final matçında isə Braziliya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Konfederasiyalar Kuboku

30 iyun

Üçüncü yer

Uruqvay - İtaliya - 2:2 (penaltilərlə 2:3)

Qollar: Kavani, 58; 78 - Astori, 24, Diamanti, 73.

 Final

Braziliya – İspaniya - 3:0

Qollar: Fred, 2; 48, Neymar, 44.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər